"Sentyabrın sonu Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə sahəvi müzakirələr olacaq".
Qaziler.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu görüşdə investisiya, siyasət və təhlükəsizlik məsələlərindən əlavə, digər məsələlər də müzakirə olunacaq: "Şübhəsiz, biz bütün məsələləri əhatə etməyəcəyik, lakin bir neçə məsələləri müzakirə etməyə çalışacağıq. Həmçinin Brüsseldə yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq. Bu, yeni addımdır. Biz öz təkliflərimizi vermişik. Avropa İttifaqı da öz təkliflərini verib. Sentyabrın 29-da bu məsələlər müzakirə olunacaq".