Ermənistan Parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Armen Aşotyan və millət vəkili Mane Tandilyan sabah Bakıya gələcək.
Modern.az xəbər verir ki, bu barədə erməni deputat öz "Feysbuk" səhifəsində məlumat verib.Armen Aşotyan bildirib ki, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində “Şərq tərəfdaşlığı” proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.
Qeyd edək ki, erməni deputatların daha öncə 20 sentyabrda Bakıya gələcəyi açıqlanmışdı.