“İrəvan Dağlıq Qarabağın arxasından torpaqları verir”
İşğal edilmiş bir sıra torpaqların Azərbaycana qaytarılması barədə İrəvan tərəfindən səsləndirimiş fikirlər Rusiya mətbuatında erməni təbliğatı ilə məşğul oan Stanislav Tarasovu çox narahat edib.
Öz cızmaqarasını o, təxminən belə adlandırıb: “İrəvan Dağlıq Qarabağın arxasından torpaqları verir”. Tarasovun fikrincə, bu göstərir ki, İrəvan heç kimin tanımadığı Dağlıq Qarabağda düşünülmüş və qəbul edilmiş hansısa konstitusiya adlandırdıqları sənədi tamamilə rədd edir. Bu kağız parçasında qeyd edilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə yanaşı işğal edilmiş bütün Azərbaycan torpaqları özünü “Dağlıq Qarabağ Respulikası” adlandıran qurumun ərazisidir. Əlbəttə, bütün bunlar İrəvan tərəfindən düşünülmüş oyundur. Bu, dünya birliyinə Ermənistanın bu uzanan münaqişənin dayandırılması üçün qurban verdiyini göstərmək cəhdidir.
Maraqlıdır, Ermənistan paytaxtında keçirilən Diaspora Forumunda çıxış edən xarici işlər nazirinin müavini Şavarş Koçaryan demək olar ki, öz şefinin sözlərini təkzib edib: “Yaranmış çaxnaşanı başa düşmürəm. Heç kim heç bir ərazini verməyəcək”.
Yəni sözbət ermənicə alınır - biri deyir, o birisi təkzib edir. Dağlıq Qarabağın özündə də bu barədə danışhıblar. İşğal rejiminin başçısının mətbuat katibi iddia edib ki, işğal edilmiş bütün torpaqlar “Dağlıq Qarabağ Respublikasının” təhlükəsizliyi üçün böyük rol oynayır.
Özünü işğal reciminin keçmiş xarici işlər naziri kimi təqdim edən Arman Melikyan isə iddia edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu tərəfindən “Dağlıq Qarabağ Respublikasının” yurisdiksiyası altında olan torpaqlard işğal edilib. “Onda Dağlıq Qarabağ və İrəvan sakitcə susdu, konstitusiya ərazilərinin itirilməsini qəbul etdilər. Bu gün bunun təkrarlanmasına yol vermək olmaz”,- deyə Melikyan bildirib. Yəni İstiPress-in əvvəl yazdığı kimi, bu da erməni addımıdır və nə ilə quratacağı bilinmir.
Qeyd edək ki, Nalbandyanın torpaqların qaytarılmasının mümkünlüyü barədə bəyanatı Azərbaycanla Türkiyənin birgə geniş miqyaslı hərbi təlimlər keçirməsi zamanı və Ermənistanın Avropa Birliyi ilə sazişin bağlanmasının ərəfəsində səsləndirib. Bunun da öz mənası var.
Hələ ki, yalnız bir şey bəllidir: nə qədər ki, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunları tam çıxarılmayıb, bu dağlar diyarında sülh olmayacaq.
(istipress)