Bu gün Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
ÜAK rəhbərliyi bildirib ki, növbəti instansiya kimi Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.
Xatırladaq ki, bu ilin 15 may tarixində Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatının ləğvi haqqında qərar çıxarıb.