Oqtay Əsədov Türkmənistan parlamentində görüşlər keçirib

Oqtay Əsədov Türkmənistan parlamentində görüşlər keçirib backend

Milli Məclisin sədri Oqtay Əsədov Türkmənistan Məclisində (parlamentdə) danışıqlar aparıb.

"Report" "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki dövlətin prioritet istiqamətləri və parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Tərəflər bildiriblər ki, qardaş xalqların çoxəsrlik mehriban qonşuluq ənənələri, oxşar tarixi və mənəvi irsi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın fəallaşmasına kömək edir.
Azərbaycan parlamentinin rəhbəri Türkmənistan Məclisinin əsas funksiyaları və vəzifələri, onun tərkibi və fəaliyyət istiqamətləri ilə tanış olub.

Qeyd edək ki, O.Əsədov Aşqabada V Asiya Oyunlarının açılışında iştirak etmək üçün gedib.
Diaspora