Tezliklə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bəyan edib.Onun sözlərinə görə, görüş Bakıda baş tutacaq.
Səfir Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün də bu il Tehranda keçiriləcəyini təsdiqləyib.