Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər çoxlarını qıcıqlandırır. Ona görə də Azərbaycana qarşı kampaniyalar vaxtaşırı təkrar olunur.
Qaziler.az Trend-ə istinadən bildirir ki, bunu "Strategiya.az" saytının baş redaktoru İbrahim Əliyev "Baku Network" Ekspert Şurasının regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələrində deyib.
İ.Əliyev bildirib ki, Azərbaycan əleyhinə aparılan məqsədyönlü, düşmənçilik siyasəti mütəmadi olaraq təkrarlanır:
"Bu gün dünyada hökmranlıq uğrunda mübarizə davam edir, istəmirlər ki, nisbətən kiçik bir ölkə müstəqil siyasət həyata keçirsin. Onlar istəmirlər ki, müsəlman dövləti müstəqil siyasət aparsınlar. Kiçik dövlətləri Avropa İttifaqına qəbul etdilər, amma Türkiyəni qəbul etmirlər. Çünki Türkiyə müsəlman dövlətidir. Mənzərəyə nəzər salanda görürük ki, müsəlman dövlətinin müstəqil siyasət aparması onların xoşuna gəlmir. Ölkəmizə qarşı aparılan kampaniyalar da məhz bu amillərlə bağlıdır. Ancaq zaman göstərir ki, ölkəmizə qarşı bu cür kampaniyalarla heç nəyə nail ola bilmirlər".