Beynəlxalq humanitar hüquq mövzusunda kurs keçirilib

Beynəlxalq humanitar hüquq mövzusunda kurs keçirilib backend

Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün beynəlxalq humanitar hüquq mövzusunda təlim kursu keçirilib.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, kursun məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək, eyni zamanda hərbi əməliyyatlar zamanı davranış, mülki əhalinin təhlükəsizliyi, yaralı və xəstələrin beynəlxalq hüquq normaları çərçivəsində qorunması, hərbi münaqişədən zərər çəkmiş dinc sakinlərə dəstək vermək və onların qarşılaşdığı mövcud problemlərin həlli barədə fikir mübadiləsinin aparılmasından ibarət olub.

Bağlanış mərasimində çıxış edənlər kursun əhəmiyyətini və mənimsənilən biliklərin praktiki tətbiqinin vacibliyini vurğulayıblar.

Kursu müvəffəqiyyətlə başa vuran zabitlərə sertifikatlar təqdim edildikdən sonra xatirə şəkli çəkilib.

Diaspora