İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib.
Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.