ATƏT Azərbaycanın Mehman Əliyevlə bağlı qərarını alqışladı

ATƏT Azərbaycanın Mehman Əliyevlə bağlı qərarını alqışladı backend

ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı bəyanat verib.

AzVision.az xəbər verir ki, bəyanatda deyilir: "Mən hakimiyyət tərəfindən atılmış bu müsbət addımı alqışlayıram və onları Mehman Əliyevə qarşı bütün ittihamları aradan qaldırmağa çağırıram. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq".

Qeyd edək ki, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azad edilib. O, prezident İlham Əliyevə müraciətində barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Bununa bağlı Prezident İlham Əliyev aidiyyəti orqanlara Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.

Bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Diaspora