Vəkil: “Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək”

Vəkil: “Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək” backend

"Aleksandr Lapşinin səhhəti ilə bağlı məlumat əldə etdim. Mərkəzi Klinik Xəstəxanadan bildirildi ki, onun səhhəti normaldır".

Bunu APA-ya açıqlamasında Aleksandr Lapşinin vəkili Eduard Çernin deyib. O bildirib ki, A. Lapşinin İsrailə deportasiya edilməsi üçün artıq bütün sənədlər hazırdır: "Yalnız təyyarə ilə bağlı dəqiq məlumat yoxdur. İsrailə reys sabah olduğu üçün çox güman ki, Lapşin sabah İsrailə deportasiya ediləcək".
Diaspora