Qətər hökuməti qətliama məruz qalaraq ölkəsindən qaçan arakanlı müsəlmanlara yardım üçün 100 min, “Harvi” qasırğasından əziyyət çəkən ABŞ-a isə 30 milyon dollar məbləğində yardım göndərib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası informasiya yayıb.
Qətər hökuməti arakanlı müsəlmanlar üçün 100 min dollar məbləğində tibbi ləvazimat, çadır və digər zəruri vasitələrdən ibarət humanitar yardım paketi göndərib. Eyni zamanda, ABŞ-da “Harvi” qasırğasından əziyyət çəkən insanlara yardım üçün xüsusi fond yaradılacağını və həmin fondun 30 milyon dollarlıq yardım edəcəyini açıqlayıb.
Qeyd edək ki, Arakanda baş verən hadisələr səbəbindən Banqladeşə 300 minə yaxın insan sığınıb, həmin insanların əksər hissəsi humanitar yardımlara möhtacdır. ABŞ-da baş verən “Harvi” qasırğası zamanı isə 70 nəfər dünyasını dəyişib.