Azərbaycan Prezidenti İlham Əliyev İosif Davıdoviç Kobzonu fəxri diplomla təltif edib.
“Report”un xəbərinə görə, dövlət başçısı İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla deyilir: "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin."