Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən humanitar yardım göstəriləcək.
FHN-dən APA-ya verilən məlumata görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.
Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.