ATƏT PA-nın iclasında Qarabağ məsələsi müzakirə ediləcək

ATƏT PA-nın iclasında Qarabağ məsələsi müzakirə ediləcək backend

ATƏT Parlament Assambleyasının (PA) növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacaq.


Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan ATƏT PA-nın sədri Kristin Muttonen deyib.

K.Muttonen bildirib ki, ATƏT PA-da təmsil olunan parlamentarilər iclaslarda öz ölkələrinə aid məsələləri müzakirəyə çıxarırlar.

“Bu baxımdan əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin növbəti sessiyalarda müzakirəyə çıxarılmasını gözləyirik".

K.Muttonen qeyd edib ki, ATƏT PA bütün məsələlərin, xüsusən də ATƏT regionunda mövcud olan münaqişələrin həlli yolları üçün bir platformadır.

“ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin regionda sülhün bərqərar olması üçün aktiv işlər aparır: “Biz azərbaycanlı tərəfdaşlarımızla da regionda sülh və sabitliyin bərqərar olması, insanların rifahının təmin olunması üçün fəal iş aparırıq”.

K.Muttonen cəbhəyanı bölgələrə səfər etməyəcəyini bildirib.

"Budəfəki səfərim çərçivəsində cəbhəyanı bölgələrə səfər gözlənilmir".
Diaspora