ATƏT PA sədri Azərbaycana səfərə gəlib

ATƏT PA sədri Azərbaycana səfərə gəlib backend

ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen Azərbaycana səfərə gəlib.

Qaziler.az-ın məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qarşılayıb.

K. Muttonenin Bakıda bir sıra görüşləri nəzərdə tutulub.

Səfər sentyabrın 10-da başa çatacaq.
Diaspora