AŞ-nın Bakı ofisinin rəhbərinin fəaliyyət müddəti başa çatdı

AŞ-nın Bakı ofisinin rəhbərinin fəaliyyət müddəti başa çatdı backend

Avropa Şurasının Bakı ofisinin rəhbərinin fəaliyyət müddəti başa çatıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə xanım Dragana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Dragana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzu edib.
Diaspora