Gələn il Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının sammiti keçirilə bilər.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nazirlər görüş zamanı gələn il belə bir sammitin keçirilməsi üçün prezidentlərə təklif vermək barədə qərara gəliblər.