Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir.
Türkiyə KİV-lərinin məlumatına görə, son bir həftə ərzində 27 terrorçu məhv edilib.Türkiyə Daxili İşlər Nazirliyi xəbər verir ki, təhlükəsizlik qüvvələrinin avqustun 28-dən sentyabrın 3-dək keçirdiyi əməliyyat zamanı 6 terrorçu yaxalanıb. Bu müddətdə 10 silahlı təslim olub. Bununla yanaşı, terrorçularla əlaqədə şübhəli bilinən 285 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı həmçinin 16 atıcı silah, 9 əl qumbarası, 470 kiloqram partlayıcı maddə müsadirə olunub. Terrorçuların 9 sığınacağı məhv edilib.