Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi məlum olub.
APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral səfərin təxirə salınmasının iş proqramı ilə bağlı olduğunu açıqlayıb.Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi.
Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.