Ermənistan parlamentinin “Avronest” PA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycana gələcək.
APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Bakıda “Avronest” PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komissiyasının iclası keçiriləcək.İclasda Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan da iştirak edəcəklər.