Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub.
Qaziler.az "Report"-a istinadən xəbər verir ki, sentyabrın 12-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı R.T.Ərdoğan iştirak edəcək. İclasda ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafı prespektivləri nəzərdən keçiriləcək.
Bundan başqa, R.T.Ərdoğan Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası 2016-cı ilin martın 15-də Ankarada keçirilib.