Azərbaycan işğal altındakı ərazilərə qanunsuz səfərlər edib erməni təbliğatına xidmət edən qeydlər paylaşan bloger Aleksandr Lapşinin Belarusda saxlanılmasına nail olanda Rusiyada, xüsusən də XİN-də bunu açıq-aşkar hiddətlə qarşıladılar.
Rusiya blogerin Bakıya verilməsinə mane olmaq üçün səylər göstərsə də Azərbaycan Lapşinin ekstradisiyasına nail oldu. Bloger məhkəmə qarşısına çıxarıldı və günahlarını etiraf etdi, Azərbaycan qanunlarına əsasən cəzasını aldı. Bəs bu qalmaqallı blogerin sonrakı aqibəti necə olacaq?Virtualaz.org xəbər verir ki, jurnalist Eynulla Fətullayevin haqqin.az saytında dərc edilmiş, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə “Smolensk meydanının”, yəni Sergey Lavrovun başçılıq etdiyi XİN-in roluna dair məqaləsində Lapşinin sonrakı aqibətinin necə olacağı barədə informasiya da yer alır.