Avqustun 24-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
QAZİLER.AZ-ın AzərTAC-a istinadən məlumatına görə, prezident növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.