Rusiyanın Sudandakı səfiri ölü tapılıb

Rusiyanın Sudandakı səfiri ölü tapılıb backend

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskiy Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-i faktı təsdiqləyib.

Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

63 yaşlı M.Şirinskiy 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib.