“Bu çirkin və cılız metodlarla…”

“Bu çirkin və cılız metodlarla…” backend

“Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış edib. O bildirib ki, bu, əl atılmış ən cılız metoddur:

“Artıq bizə bəllidir ki, Azərbaycana qarşı aparılan iyrənc kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə təbliğat qurulması, hakimiyyətə qarşı petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi və s. kimi inanılmaz çirkin və cılız metodlara əl atılıb.

APA-nın hazırladığı arayışda və oraya çıxardığı sənədlərdə deyilir ki, Azərbaycana qarşı aparılan bu şəbəkələşmiş kampaniya 2015-ci ilin sonuna kimi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Azərbaycanda keçiriləcək və ya Azərbaycanın iştirakı ilə xaricdə təşkil olunacaq bütün beynəlxalq tədbirlərin, Azərbaycana yüksək vəzifəli qonaqların səfərinin təqvimi hazırlanıb. Kampaniya müddətində hər bir tədbir və səfərdən Azərbaycanın əleyhinə istifadə etmək qarşıya məqsəd kimi qoyulub. Buna heyrətlənməyə bilmirsən”.

A.Quliyev qeyd edib ki, ABŞ-dan daha məntiqi və səmimi açıqlamalar gözləyirik:

“Çox təssüflər olsun ki, bütün bu anti-Azərbaycan kampaniyasının başında özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ABŞ-ın rəsmi dairələrinin, Dövlət Katibi Con Kerrinin ofisinin və Vaşinqtonun maliyyətləşdirdiyi müxtəlif fondların durduğu haqqında ciddi məlumatlar var. ABŞ rəsmilərinin bu barədə verdiyi açıqlamalar həm səthidir, həm də səmimi deyil. Biz ABŞ-dan daha məntiqi və səmimi açıqlamalar gözləyirik.

Biz doğru və haqq yoldayıq. Cənab Prezidentin yürütdüyü siyasət Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təminatına yönəlmiş ən doğru və alternativsiz siyasətsir. Tarix dəfələrlə sübut edib ki, Azərbaycanla təzyiq və şantaj dili ilə danışmaq heç kimə fayda gətirmir. Azərbaycana hörmət etmək və onunla dost olmaq hər kəsin çıxarlarına uyğundur . Əminəm ki, Azərbaycan dövləti və xalqı bu mübarizədən alnıaçıq və üzüağ çıxacaq və bizim üzərimizdə oynanılmağa cəhd edilən bu çirkin oyunların ifşasını bundan sonra da davam etdirəcək”.
Diaspora