Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur backend

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur.

Qaziler.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın Demoqrafiya, miqrasiya və regional inkişaf İnstitutunun müşahidə şürasının rəhbəri Yuriy Krupnov ölkə başçısına paytaxtı Urala dəyişməyi təklif edib.
Məlumata görə, bununla bağlı yeni layihə də hazırlanıb. Belə ki, sürətlə davam edən daxili miqrasiya məsələlərinə görə, ölkənin paytaxtı Sibirə köçürülə bilər.
Artıq Krupnovun bu təklifinə Rusiyanın bir sıra ekspertləri neqativ rəy bildiriblər.
Moskva meri Sergey Sobyanin isə məsələyə sarkazmla yanaşaraq bu işə bir neçə trillion vəsait lazım olacağını bildirib.
Diaspora