İran Bolqarıstana “Nabukko” layihəsini bərpa etməyi təklif edib

İran Bolqarıstana “Nabukko” layihəsini bərpa etməyi təklif edib backend

İranın Sofiyadakı səfiri Bolqarıstanın baş naziri Boyko Borisov ilə görüşdə “Nabukko” qaz borusu layihəsini bərpa etməyi təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə Bolqarıstanın baş nazirinin müavini Tomislav Donçev, bu ölkənin XİN rəhbəri Daniel Mitov və energetika naziri Temenujka Petkova iştirak edib.

Məlumata görə, səfir Abdulla Noruzi qeyd edib ki, layihənin bərpası mövzusu görüşdə iki ölkənin əməkdaşlığına dair digər məsələlər sırasında müzakirə olunub. O, İranın təbii qazının Avropaya tədarük edilməsi üçün Tehranın Bolqarıstanda qazpaylayıcı mərkəz tikmək ideyasının olduğunu qeyd edib.

Bolqarıstan tərəfi hələlik İran səfirinin bəyanatına heç bir şərh verməyib.
Diaspora