NATO-nun məxfi Qarabağ planı

NATO-nun məxfi Qarabağ planı backend

Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerov İrəvanın NATO ilə yaxınlaşmasının böyük səhv olduğundan, Şimal Alyansının Ermənistanın xeyrinə olmayan məxfi Qarabağ planının mövcudluğundan danışıb.

Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediasına açıqlama verən M.Kolerov İrəvanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılmasının sirrini açıb.

Bildirib ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya və Ermənistan arasında birləşdirilmiş qoşun qruplaşması haqda razılaşmanın Moskva tərəfindən təsdiq edilməsi ilə eyni ana təsadüf etdi: “Görünür, Ermənistan NATO təlimlərində iştirak etməyi əvvəlcədən planlaşdırıb. Bu, Rusiya ilə yaradılacaq birləşmiş qoşun qrupunun neytrallaşdırılması gedişidir. Lakin bu, ilk növbədə Ermənistanın özünün ziyanınadır”.

M.Kolerov hesab edir ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya ilə yaradılacaq birləşmiş qoşunun gücünü ikiqat zəiflətdi: “Çünki Ermənistan özü danışırdı ki, Azərbaycan birləşmiş qoşun qrupundan qorxacaq. NATO-ya doğru əyilmə isə bu iddianı sıradan çıxarır və hesab etməyə imkan verir ki, Rusiya ilə birləşmiş qoşun lazım deyil”.

Onun fikrincə, NATO ona yaxınlaşan Ermənistanı Azərbaycan və Türkiyə ilə barışdırmaq istəyəcək.

“Yəni, regionda güclənmək üçün Dağlıq Qarabağ münaqişəsinin və sərhəd probleminin həllinə çalışacaq. Bu, Ermənistanın özünün ziyanınadır”, - deyə o bildirib.
Diaspora