97 yaşlı kanslerdən Rusiya xəbərdarlığı

97 yaşlı kanslerdən Rusiya xəbərdarlığı backend

Almaniyanın sabiq kansleri Helmut Şmit Merkel hökumətini tənqid edib.

Axar.az xəbər verir ki, ARD telekanalına müsahibə verən qocaman siyasətçi Rusiya ilə əlaqələrin korlanmasını faciə adlandırıb: “Rusiya və Avropa qonşudur. Bunu başa düşmək lazımdır. Ukrayna isə “dəyişkən tarixi” olan gənc bir ölkədir”.

Rusiya ilə əlaqələrin normallaşmasının tərəfdarı olan 97 yaşlı siyasətçi ölkəsinin real siyasət yürütməli olduğunu deyib:

“Bütün böhranlar eyni dərəcədə təhlükəlidir. Avro, Ukrayna böhranı və ya islamçılıq təhlükəsi əslində eyni əhəmiyyətə sahibdir. Avropa Birliyi Ukrayna və Gürcüstana doğru genişlənmək istəyir. Bu, səhv addımdır. Rusiya ilə qarşıdurmaya getmək yanlış yoldur”.
Diaspora