İlham Əliyevlə Serj Sarkisyanın görüşü planlaşdırılır

İlham Əliyevlə Serj Sarkisyanın görüşü planlaşdırılır backend

Sentyabr ayında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının keçiriləcəyi günlərdə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü planlaşdırılır.

Qaziler.az Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst deyib.

Herbstin sözlərinə görə, bu görüş cəbhə xəttində tərəflər arasında gərginliyin azaldılmasına səbəb ola bilər.

“Amerikanın Səsi” nəşri əlavə edir ki, Dağlıq Qarabağda qanlı aprel döyüşlərindən sonra münaqişənin siyasi həlli yollarının tapılması üçün bütün tərəflər arasında etimadın yüksəldilməsi vaxtı yetişib.
Diaspora