ABŞ ordusunun qərargah rəisi, general Mark Mayli Gürcüstana ikigünlük rəsmi səfər edib.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, onu Tbilisi hava limanında Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, polkovnik Nikoloz Cancaqava, ABŞ-ın Xoxenfelsdəki hərbi-təlim bazasının rəisi Antonio Aquto qarşılayıb.
O, səfər çərçivəsində Tbilisi yaxınlığındakı Vaziani hərbi aerodromunda keçirilən NATO tərəfkeşlərinin “Ləyaqətli tərəfkeş - 2017” və çoxmilli hərbi təlimi izləyəcək.
Amerikalı general Gürcüstanın müdafiə naziri Levan İzoriya, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Vladimir Çaçibaya və ölkənin başqa hərbi rəsmiləri ilə də görüşəcək.
Məlumata görə, bu ilin sentyabrında ABŞ-la Gürcüstan arasında müdafiə hazırlığı proqramının imzalanacağı planlaşdırılıb.