Türkmənistan Prezidenti: Biz Azərbaycanı qardaş dövlət sayırıq

Türkmənistan Prezidenti: Biz Azərbaycanı qardaş dövlət sayırıq backend

Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda mətbuata bəyanatında bildirib.

Dövlət başçısı danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunduğunu bildirib. Prezident Türkmənistan nümayəndə heyətinin bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirdiyini, yekun olaraq, böyük ikitərəfli sənədlər paketinin imzalandığını vurğulayıb.

“Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir”, - deyə Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib.
Diaspora