“Səhra mətbəxi” müsabiqəsində hərbi aşpazlarımız liderlər sırasındadır

“Səhra mətbəxi” müsabiqəsində hərbi aşpazlarımız liderlər sırasındadır backend

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazları liderlər sırasına daxil olublar.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 2-ci mərhələnin yekun nəticələrinə görə Rusiya və Belarusdan sonra 3-cü yeri tutan Azərbaycan hərbi aşpazları 3-cü mərhələdə Belarus nümayəndələrini arxada qoyaraq 2-ci yerə yüksəliblər.
Milli mətbəximizi yüksək səviyyədə təqdim edən hərbi aşpazlarımızın yarışlardakı uğurlu iştirakı davam edir.

Diaspora