Bu gün Manilada ASEAN forumu çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.
Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, S. Lavrov deyib ki, R. Tillerson ilk növbədə ABŞ Konqresinin Rusiya əleyhinə qəbul etdiyi qanunla əlaqədar Rusiyanın cavab addımına aydınlıq gətirilməsini istəyib.Rusiya ABŞ Konqresinin qəbul etdiyi qanundan sonra sentyabrın 1-ə qədər ölkədəki amerikalı diplomatların sayının 455-ə endirilməsini istəyib. Bu halda 755 diplomat və texniki əməkdaş sentyabrın 1-ə qədər Rusiyanı tərk etməlidir. S. Lavrov bildirib ki, R. Tillersonla görüşdə bu cavab addımına aydınlıq gətirilib.
S. Lavrov görüşdə Rusiyanın Suriyada hərbi və siyasi sferada ABŞ-la əlaqələrini davam etdirəcəyini də nəzərə çatdırıb.