Rusiya, Türkiyə və İran təmsilçiləri 8-9 avqust tarixlərində Tehranda Suriya atəşkəs zonalarında atəşkəsin qorunması və möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.
Qaziler.az APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün ASEAN forumu ilə əlaqədar Manilada olan Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.S. Lavrov deyib ki, bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Suriya böhranının tənzimlənməsi ilə bağlı Astana prosesi çərçivəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsi müzakirə olunub. Eyni zamanda 8-9 avqust tarixlərində Suriyada atəşkəs zonalarında atəşkəsin möhkəmləndirilməsi ilə bağlı Rusiya, Türkiyə v İran təmsilçilərinin görüşünə hazırlıq müzakirə olunub.