BMT TŞ Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirən qətnamə qəbul edib

BMT TŞ Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirən qətnamə qəbul edib backend

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qətnamə qəbul edib.

Qaziler.az-ın xəbərinə görə, qətnamə KXDR-dən dəmir və dəmir filizi, qurğuşun, kömür və dəniz məhsullarının idxalına qadağa qoyulmasını nəzərdə tutur. Həmçinin, Şimali Koreyanın Xarici Ticarət Bankının hesablarının dondurulması, BMT qətnamələrini pozmuş KXDR gəmilərinin bütün ölkələrin limanlarına girişinə, bu ölkənin şirkətləri ilə birgə müəssisələrin yaradılmasına və Şimali Koreyadan olan işçilərin sayının artırılmasına qadağa qoyulması, habelə digər sanksiyalar nəzərdə tutulur.

Amerika tərəfinin hesablamalarına görə, qeyd olunan məhdudiyyətlərin tam tətbiqi rəsmi Pxenyanın illik xarici valyuta gəlirlərini hazırkı 3 mlrd. dollardan 1 mlrd. dollaradək azaldılmasına imkan yaradacaq.
Diaspora