Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti ola bilər

Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti ola bilər backend

Hindistan parlamentində ölkə vitse-prezidentinin seçilməsi üçün səsvermə başlayıb.


Qaziler.az Trend-ə istinadən xəbər verir ki, Hindistan vitse-prezidenti parlamentin hər iki palatasının deputatlar tərəfindən seçilir.

Bu vəzifə uğrunda iki namizəd mübarizə aparır: Qərbi Benqal ştatının keçmiş qubernatoru, Mahatma Qandinin nəvəsi Qopalkrişna Qandi və keçmiş prezident Narendra Modi hökumətində informasiya naziri işləmiş Venkaya Nadu.

Namizədlərdən birinin qalib gəlməsi üçün 50 faizdən çox səs yığması lazımdır.

Hazırkı vitse-prezident Məhəmməd Həmid Ənsarinin səlahiyyət müddəti avqustun 10-da başa çatır.
Diaspora