ABŞ vitse-prezidenti: “Gürcüstan əsas strateji tərəfdaşımızdır”

ABŞ vitse-prezidenti: “Gürcüstan əsas strateji tərəfdaşımızdır” backend

Gürcüstan ABŞ-ın əsas strateji tərəfdaşıdır”.


Qaziler.az APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəkləyir: “Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”.

G. Kvirikaşvili isə ABŞ tərəfindən Gürcüstana göstərilən böyük dəstəyə görə M. Pensə təşəkkür edib.

“ABŞ Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu həllinin tərəfdarıdır. Biz ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.
Diaspora