Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak edir

Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak edir backend

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamlar qonaqlara təqdim edilib.

Qaziler.az müdafiə Nazirliyinə istinadən xəəbər verir ki, Azərbaycan, Rusiya, Belarus, Serbiya, Monqolustan və İsrailin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün milli mətbəxlərinə aid 150-dən çox yeməklər hazırlayıblar. Müsabiqəni izləyən çoxsaylı qonaqlar hərbçi aşpazlarımızın hazırladıqları xörəklər və şirniyyatların dadına baxıblar.

Müsabiqə çərçivəsində Azərbaycanın milli mədəniyyətini əks etdirən sənət nümunələri və musiqi alətləri də nümayiş etdirilib.

Diaspora