RF prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın 755 diplomatı Rusiyan tərk etməlidir, Qaziler.az RT-yə istinadən xəbər verir.
“Digər mümkün tədbirlərə və ya bunun diplomatik idarənin işləməsi baxımından çox və ya az olmasına gəldikdə isə, bu, tamamilə hiss olunandır. Çünki mindən artıq əməkdaş – diplomat və texniki işçi – Rusiyada işləyirdi və indi də işləyir. Bunlardan 755-i Rusiya Federasiyasında öz fəaliyyətini dayandırmalı olacaq, - deyə Putin ÜRDTRŞ-nin aparıcısı Vladimir Solovyova müsahibəsində bildirib.Rusiya lideri vurğulayıb ki, diplomatik qurumun işi baxımından “bu, xeyli hiss olunandır”.