Əlcəzairin sabiq baş naziri Reda Malik 86 yaşında dünyasını dəyişib. O, Əlcəzairdə Əl-Alia qəbiristanlığında dəfn olunacaq.
Qaziler.az Reporta-a istinadən xəbər verir ki, bu barədə APS milli informasiya agentliyi məlumat yayıb.Siyasətçi 1957-1962-ci illərdə ölkənin Milli Azadlıq Cəbhəsi rəsmi qəzetinə rəhbərlik edib. Daha sonra Fransa ilə Evian sazişlərinin imzalanmasına nail olan nümayəndə heyətinə daxil olub. Sənədlər Əlcəzair müharibəsinə son qoyub və ölkənin müstəqilliyini təmin edib.
O, 1993-1994-cü illərdə Əlcəzair hökumətinə rəhbərlik edib.