Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Sakaşvili Ukrayna vətəndaşlığından dələduzluq yolu ilə məhrum edildiyini iddia edir.
Qaziler.Az Report-a istinadən xəbər verir ki, Saakaşvili deyir ki, onu vətəndaşlıqdan çıxarılmasına əsas göstərilən sənədləri heç vaxt imzalamayıb.“Mən şokdayam! İndicə həmin anketlərin kopyalarına baxdım. Bu sənədlərə əsasən prezident məni vətəndaşlıqdan məhrum edib. Mən bütün məsuliyyətimlə bildirirəm ki, o anketlərdəki mənim imzam deyil”, - o vurğulayıb.
Saakaşvili təcili olaraq qrafik ekspertizanın təşkil edilməsini tələb edib.