Pakistanın yeni baş nazirinin adı məlum olub

Pakistanın yeni baş nazirinin adı məlum olub backend

Pakistanda korrupsiya qalmaqalına görə istefaya göndərilən Nəvaz Şərifin qardaşı, Pəncab əyalətinin birinci naziri Şahbaz Şərif ölkənin baş naziri postuna namizəd irəli sürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, iyulun 29-da hakim Pakistan Müsəlman Liqasının 4 saatlıq qeyri-rəsmi görüşündə onun namizədliyi təsdiqlənib.
Baş nazir olmaq üçün Şahbaz Şərif Pəncab əyaləti parlamentinin Aşağı Palatasına deputatlıqdan, habelə səlahiyyətlərindən könüllü olaraq imtina etməlidir. Bundan sonra onun namizədliyi Milli Assambleyada səsverməyə çıxarılacaq. Bu qurumda Pakistan Müsəlman Liqasının üzvləri çoxluq təşkil etdiyindən Şahbaz Şərifin baş nazir olması ehtimal böyükdür.

Bu qaydaların yerinə yetirilməsi 45 gün davam edəcək. Bu vaxtadək Nəvaz Şərifin yaxın ətrafındakı şəxslərdən, deputat mandatı olan hökumət üzvlərindən biri müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək.

Qeyd edək ki, iyulun 28-də Pakistan məhkəməsinin qərarı ilə baş nazir Nəvaz Şərif korrupsiyada ittiham edilərək vəzifəsindən kənarlaşdırılıb.
Diaspora