İtaliyadan Bakıya jest

İtaliyadan Bakıya jest backend

Elmar Məmmədyarov İtaliyalı həmkarı ilə görüşüb.

Xarici işlər naziri Elmar Məmmədyarov III Qlobal Bakı Forumunda iştirak edən İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini ilə görüşüb.

XİN-in mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasındakı münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə ediblər. İtaliyanın Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biri olması xüsusilə qeyd olunub.

Avropa enerji təhlükəsizliyinin təmin olunmasında TAP və TANAP layihələrinin əhəmiyyəti vurğulanıb.

F.Frattini ölkəmizin regiondakı əhəmiyyətli rolunu, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü xüsusilə vurğulayıb.

Görüş zamanı ölkəmizdə keçirilən III Qlobal Bakı Forumunun beynəlxalq məsələlərin qeyri-rəsmi mühitdə müzakirəsi baxımdan əhəmiyyəti söylənilib.

İtaliyanın XİN rəhbəri Azərbaycanın Birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib və bu oyunların Avropada idman, sülh və tərəqqiyə töhfə verdiyini diqqətə çatdırıb.
Diaspora