Azərbaycanda yaxın zamanlarda Kosta-Rika səfirliyi açılacaq.
Report-un məlumatına görə, səfirliyin açılması avqustun ortalarında gözlənilir.Bununla əlaqədar yaxın günlərdə Kosta-Rikanın Azərbaycanda müvəqqəti işlər vəkili Hayro Fransisko Lopes Bolanos (Jairo Francisco Lopez Bolanos) Bakıya gələrək səfirlik üçün müvafiq yerin axtarışı və digər inzibati məsələlərlə məşğul olacaq.