Rusiya və Azərbaycan prezidentlərinin son görüşü barəsində Ermənistandakı çaxnaşma davam edir.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı növbəti açıqlama qondarama “DQR”-in Ermənistandakı daimi nümayəndəliyinin müşaviri Qarnik İsaqulyandan gəlib:“Putinin Azrbaycanla bağlı düşüncələrini bilmirik. Ancaq Moskva və Bakı arasında müəyyən fikir və ya ziddiyyətlər ola bilər. İstənilən halda bu cür görüşlər Ermənistan cəmiyyətində yaxşı qarşılanmır. Ermənistan və Rusiya prezidentlərinin görüşü baş tutsa, təsirli ola bilər. Dağlıq Qarabağ müzakirələrinə bizim tərəf kimi daxil edilməməyimiz hələ də bizi narahat edir. Çünki Ermənistan böyük təzyiqlərə məruz qala bilər”.
Erməni siyasətçi Rusiyanın Azərbaycana silah satmasını özləri üçün ağrılı fakt hesab edib:
"Neftlə zəngin olan Azərbaycan müxtəlif ölkələrdən silah ala və istifadə edə bilər. Bundan əlavə, onlar müasir silahlarla silahlanmaqda davam edirlər. Ancaq bizim üçün ağrılı olan fakt Rusiyanın Azərbaycana silah satmaqda davam etməsidir. Prezident Serj Sarkisyan da bunu vurğuladı. Ancaq aydın başa düşürəm ki, prezident bütün sirləri aça bilməz. Biz də silahlarımızın çoxunu Rusiyadan alırıq. Beləliklə problemi Rusiya üçün kəskin bir məsələ kimi qaldırmamalıyıq. Biz Rusiyadan "İskəndər" raket sistemi almışıq. Ancaq Azərbaycan İsraildən də silah alıb və bu silahların arasında nələr olduğunu bilmirik”.