Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir

Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir backend

"Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir. Administrasiya Ukraynada vəziyyət normallaşana qədər Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi ilə əlaqədar Konqresin hər iki palatası ilə birgə çalışır".

Qaziler.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders açıqlama verib.

Qeyd edək ki, dünən respublikaçılar və demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbulunu razılaşdırdıqları məlum olub. Sənəd Konqresin saytında yerləşdirilib. Qanun layihəsi gələn həftənin çərşənbə axşamı Nümayəndələr Palatasında, yaxın həftələrdə isə Senatda səsverməyə çıxarılacaq.
Diaspora