NATO Rusiyanın Qərb-2017 təlimini diqqətlə izləyəcək.
Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri general-leytenant Ben Xoces söyləyib.
“Əsas qorxu bu təlim sayəsində Belarusda “Troya atı”nın yaradılmasıdır. Biz qorxuruq ki, Rusiya Belarusda digər əməliyyatlar üçün ordu saxlasın. Rusiya deyir ki, bu, sadəcə təlimdir. Təlimdən sonra isə bütün qüvvələr başqa istiqamətə yerləşdiriləcək”, – deyə o bildirib.