İran nüvə müqaviləsini imzaladıqdan sonra özünü əvvəlki illərdən daha pis aparır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri və terrorizmlə mübarizə üzrə köməkçisi Tomas Bossert söyləyib.
“İranla imzalanan nüvə müqaviləsi çox pisdir. Tehran hələ də əsirlər tutub, qonşu ölkələri təhdid edir və terrorizmi dəstəkləyir” – deyə o bildirib.